Son günlər xalq yazıçısı Çingiz Abdullayev, kinorejissor Ayaz Salayev, deputat Polad Bülbüloğlu və aktyor Bəhram Bağırzadə kimi tanınmış ictimai simalar Rusiyada baş verən olaylara reaksiya vermədiklərinə görə sərt tənqidlərə məruz qalıblar. Bu cür yanaşma tərzi həm mediada, həm də sosial şəbəkələrdə geniş dəstək qazanıb. İctimaiyyət onlardan Rusiyanın azərbaycanlılara qarşı sərgilədiyi münasibətə fikir bildirmələrini tələb edir.
Rusdilli ziyalılar bu məsələdə susmaqda haqlıdırlarmı? Onları baş verənlərə münasibət bildirmədiklərinə görə tənqid etmək nə dərəcədə doğrudur?
BUTA.TV xəbər verir ki, kinorejissor Ayaz Salayev Globalinfo.az-a açıqlamasında onu tənqid edənlərə haqq qazandırıb:
“Haqlıdırlar, ictimaiyyətin iradını qəbul edirəm. Doğrudan da biz daha aktiv olmalıyıq. Ruslar hər zaman başqa millətlərə yuxarıdan aşağı baxıblar. Hətta Almaniyada yaşayan rus dostum da öz ölkəsini qəbul etmir. Deyir ki, Rusiya Stalin dövründən də qəddar dönəmini yaşayır, yeni nəslin daha pis olacağını vurğulayır. Moskva öz çirkin əməlinə bu gün başlamayıb, müstəqillik dövründən öncə də bizə qarşı pis münasibətləri olub. Hələ İkinci Dünya müharibəsi dönəmində azərbaycanlı əsgər rus dilini bilmədiyi üçün güllələnib. Mən də imkan daxilində onlarla mübarizə aparmışam”.
Fərid Əsgərovla bağlı maraqlı faktlar - Rafael Ağayevin anası üçün...
Ayaz Salayev 8 il Rusiyada təhsil aldığını bildirib:
“Məni müəllim kimi də orada saxlamaq istəsələr də, Bakıya qayıtmağı seçdim. Geri gəlmək səbəblərimdən biri millətçiliyə dözə bilməməyim idi. Bir neçə il əvvəl Rusiyanın bizə qarşı apardığı informasiya savaşı haqda film çəkmək niyyətim olsa da, şərait yaranmadı. İndiki vəziyyət göstərir ki, bizim artıq səbr kasamız dolub. Bundan sonra Rusiya ilə münasibətimiz isti olmayacaq. Biz heç onlarla əsl dost da deyilik, sadəcə qonşu ölkəyik”.
- Hər bir məsələdə Azərbaycanın yanındayıq - Ərdoğan
- Məsud Pezeşkianın Azərbaycan səfəri başa çatdı
- Bu səfər Bakı ilə əlaqələrdə yeni səhifə açdı - Pezeşkian
- İmaməli Rəhmanın Azərbaycana səfəri başa çatdı
- Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi
- Rusiyadakı repressiyalar bütün təzahürlərdə... - Hipper
- Rusiyada azərbaycanlı qadın saxlanıldı - Səbəb
- İlham Əliyevlə Pezeşkian Şuşada: maraqlı dialoq - Video