“Rosselxoznadzor” iyulun 11-dən etibarən Azərbaycanın “Allbuy” MMC və “Milk Products” MMC şirkətləri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edir.
BUTA.TV xəbər verir ki, bu qərar adıçəkilən müəssisələrin Rusiya tərəfindən keçirilməsi nəzərdə tutulan yoxlamadan imtina etməsi və Rusiya bazarına ixracda maraqlı olmamaları ilə əlaqədar qəbul edilib.
Qurumun məlumatında bildirilir ki, bundan əvvəl “Rosselxoznadzor” Rusiyaya süd məhsulları ixracını davam etdirən beş Azərbaycan müəssisəsində yoxlama aparmağa hazır olduğunu Azərbaycanın səlahiyyətli orqanlarına bildirib. Bu yoxlamaların məqsədi Avrasiya İqtisadi İttifaqının və Rusiya Federasiyasının qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət etmək, habelə əvvəlcə təqdim edilmiş uyğunluq zəmanətlərini qiymətləndirməkdir. Qurum həmçinin xatırladıb ki, 2024-cü ildə keçirilən yoxlamalar zamanı müəyyən pozuntular aşkar edilib və bu da qərarın qəbulunda nəzərə alınıb.
- Azərbaycan bu seçkilərdə qələbə qazandı
- Anar Abdullayev həbs olundu
- “Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
- Könülün ölümü ilə bağlı cinayət işi açıldı
- Azərbaycan Ukraynaya indiyədək 42 milyon dollarlıq yardım edib
- Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu
- Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV
- BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!