Regionda baş verən son hadisələrlə bağlı Rusiya Teleqram kanallarında isterika başlayıb və bu isterika Kremldə olan əhval-ruhiyyənin göstəricisidir.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.
O, 1 milyondan çox izləyicisi olan “Rıbar” kanalının yazısını paylaşıb:
“Zəngəzur dəhlizi uzaqda deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin açılmasını “geostrateji inqilab” və “Orta Dəhlizin əsas xətti” adlandırıb. Türkiyə prezidenti bildirib ki, Zəngəzur vilayətindən keçməsi nəzərdə tutulan potensial dəhliz Türkiyəni (İğdır üzərindən), Azərbaycanı və Naxçıvanı birləşdirəcək, bu isə Türkiyə mallarının Mərkəzi Asiya və Çinə ixracını sürətləndirəcək. Çindən Avropaya gedən yüklər də Türkiyə üzərindən keçməyə başlayacaq.
Ərdoğan qeyd edib ki, əvvəlcə Ermənistanda Zəngəzur dəhlizinə qarşı çıxırdılar, lakin indi İrəvan iqtisadi inteqrasiya məsələsinə daha çevik yanaşma sərgiləyir.
Bu, Rusiya üçün təhlükəlidir: Türkiyə Zəngəzur vasitəsilə Turan dəhlizi ideyası ilə güc proyeksiyası həyata keçirir. Bu isə Ankaranın və potensial olaraq NATO-nun liderliyi ilə yeni geosiyasi blokun yaranmasına zəmin yaradır.
Cənubi Qafqazda regional kommunikasiyaların açılması və onların Rusiyanın nəzarətindən kənarda qalması Moskvanın bölgədəki təsir gücünü ciddi şəkildə zəiflədə, hətta sıfıra endirə bilər. Bu isə postsovet məkanında Rusiyanın ən böyük strateji məğlubiyyətlərindən birinə çevrilə bilər”.
- Azərbaycan bu seçkilərdə qələbə qazandı
- Anar Abdullayev həbs olundu
- “Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
- Könülün ölümü ilə bağlı cinayət işi açıldı
- Azərbaycan Ukraynaya indiyədək 42 milyon dollarlıq yardım edib
- Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu
- Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV
- BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!