Məlum olduğu kimi, beş il əvvəl - 2020-ci ilin iyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində hücuma keçdilər. Atıcı silahlar, minaatanlar və ağır artilleriya qurğularından istifadə edən düşmən Tovuzun Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü kəndlərini atəşə tutdu.
Düşmənə qarşı dərhal cavab tədbirləri görüldü. İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-i axşam saatlarınadək davam etdi və Ermənistan silahlı qüvvələri bölmələrinin ön xəttindəki atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikaları və yüzədək canlı qüvvəsi məhv edildi.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, Tovuz döyüşləri zamanı Azərvaycan ordusunun "IAI Harop" kəşfiyyat-zərbə PUA-ları ilə Ermənistan Hərbi Hava Qüvvələrinin obyektlərini məhv etməsinin görüntülərini təqdim edir.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür