"Aqro Point" MMC nizamnamə kapitalının azaldığını elan edib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, şirkət nizamnamə kapitalını 45 900 manat azaldaraq 194 142 AZN-ə endirib.
Xatırladaq ki, MMC-nin bundan öncəki nizamnamə kapitalı 240 042 manat təşkil edirdi. Şirkət ən son may ayının 29-da nizamnamə kapitalını 30 000 manat azaltmışdı.
"Aqro Point" MMC 2022-ci ilin sentyabrında dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi isə Yavər Seyfulla oğlu Ağayevdir.
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkət, fermerlərə mineral tarla gübrələri, mikro və makro gübrələr, turşular, bitki inkişafını tənzimləyən preparatlar və pestisidlər üzrə geniş çeşiddə məhsullar təqdim edir.
- Daur İsmayılov Marneulinin meri seçildi
- Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif
- Cabirin dəfnində bu foto rezonans yaratdı
- Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Dəhşətli foto
- İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
- İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı
- Oqtay Şirəliyev vəfat etdi