Slovakiya Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Report Slovakiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.
"Azərbaycanla əməkdaşlığın genişləndirilməsində əsas prioritetlər: Slovakiya şirkətlərinə fəal dəstək, Azərbaycanda fəxri konsulluğun açılmasına hazırlıq və iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsidir", - qurumdan qeyd edilib.
Eyni zamanda, bildirilib ki, Slovakiyanın xarici işlər naziri Yuray Blanar bu ölkənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Elçin Qasımovla görüşüb.
Görüş zamanı nazir vurğulayıb ki, Slovakiya Azərbaycanla münasibətlərin dərinləşdirilməsində qarşılıqlı maraq görür: "Ötən il Azərbaycan və Slovakiya arasında ikitərəfli əməkdaşlıq əhəmiyyətli dərəcədə güclənib. Slovakiyanın Baş nazirinin Bakıya səfəri zamanı biz strateji tərəfdaşlıq yolunda qarşılıqlı addımları aktivləşdirdik".
Öz növbəsində, E.Qasımov vurğulayıb ki, Azərbaycan müxtəlif sahələrdə Slovakiyanın iqtisadi tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir: "Azərbaycan özünü getdikcə daha çox Slovakiyanın perspektivli biznes tərəfdaşı kimi təqdim edir. Energetika və müdafiə sənayesi ilə yanaşı, bu, həmçinin İT və nəqliyyat sahəsinə də aiddir".
- Paşinyan: Bu, Bakı ilə müzakirə masasındadır
- İrəvan-Bakı-Moskva formatı işləmir, çünki inanmırıq
- Berdiməhəmmədovun qızı da Bakıdadır: Leyla Əliyeva ilə görüşdü
- Nikol Zəngəzuru gizli müzakirəyə çıxardı: 3 ölkəyə səfər...
- Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur
- Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq
- Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı
- İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?