“Texnologiyalara və innovasiyalara müqavimət Kopernik və ya Cordano Brunonun ideyalarına qarşı mübarizəni xatırladır”.
“BUTA TV” Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.
“Bugünkü Şuşa Qlobal Media Forumu süni intellektə həsr olunub. Hər il biz ən vacib və aktual mövzuları seçməyə çalışırıq. Bu gün süni intellekt ətrafında müxtəlif müzakirələr gedir. Bu təhdiddir, yoxsa fürsət? Və mən burada texnologiyalara qarşı mübarizəyə çağırmıram”, - deyə H.Hacıyev bildirib.
Onun fikrincə, texnologiyalara, innovasiyaya və yeniliyə qarşı mübarizə Cordano Bruno və ya Kopernikin ideyalarına qarşı mübarizə ilə müqayisə edilə bilər.
“Başa düşürsünüz, yeni nəsillər də bizi buna görə tənqid edəcəklər. Onlar da bunu Cordano Bruno və digər mütəfəkkirlərin fikirlərinə qarşı mübarizə kimi qəbul edəcəklər - yel dəyirmanları ilə döyüş kimi. Eyni zamanda, gələcək nəsillər eyni vaxtda bizi nəzarət etmək mümkün olmayan və qeyri-müəyyənlik yaradan bir konsepsiyanın yaranmasına səbəb olduğumuz üçün qınayacaqlar”, - deyə H.Hacıyev bildirib.
O vurğulayıb ki, süni intellekt "şübhəsiz ki, bir çox şeyi dəyişir": o cümlədən dini inanclarımıza və baxışlarımıza münasibətimizi.
“Həqiqət dəyişdi. Həqiqət doğrudan da nadir və dəyərli bir aktivdir ki, indi o da təhlükə altındadır”, - deyə o qeyd edib.
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək