Milli mətbuatın 150 illiyi ilə bağlı rəsmi tədbir keçirildi

19:38 - 22 İyul 2025 - GÜNDƏM

 Milli mətbuatın 150 illiyi ilə bağlı rəsmi tədbir keçirildi

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.

BUTA.TV xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə media, dövlət və ictimaiyyət nümayəndələrinin iştirak ediblər.

Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 22 İyul – Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycanın media nümayəndələrinə ünvanladığı təbrik məktubunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Daha sonra bir qisim media nümayəndəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim olunub, yaxın zamanda digər təltif olunan şəxslərə də yubiley medallarının təqdim ediləcəyi barədə məlumat verilib.

Bu xəbər hal-hazırda çox oxunur
“Tüpürüm Putinin fərmanına! ” - Ayaz Salayev

Tədbir çərçivəsində “Əkinçi” qəzetindən başlayaraq bu günə qədər medianın inkişaf mərhələləri, tarixi dönüş nöqtələri və gələcək perspektivlərini əhatə edən Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Yubiley tədbiri bədii hissə ilə davam etdirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol