“Apar Ride” MMC barəsində inzibati xəta protokolu tərtib edilib.
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən BUTA.TV-a verilən məlumata əsasən şirkət “istifadəçi razılaşması”na qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib.
Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinə (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.
Qeyd edək ki, "Apar Ride" elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin icarəsini innovativ yolla həyata keçirən şirkətdir.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı