Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan konstruktiv dialoqu davam etdirməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Cenevrədə iki ölkənin parlament rəhbərləri arasında keçirilən görüşün yekunlarına dair bəyanatında deyilib.
“Simonyan və Qafarova qanunvericilik səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildirib. Müzakirə zamanı spikerlər Vaşinqton sammitində əldə olunan razılaşmaları, eləcə də münasibətlərin normallaşması istiqamətində atılan addımları alqışlayıb”, - bəyanatda deyilib.
Qeyd edeək ki, Simonyan və Qafarova arasında Cenevrədə görüş Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun iştirakı ilə baş tutub.
- ABŞ İrana qarşı hücumlara başladığını elan etdi
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu