"Qarabağ" bu gün Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada "Atletik"lə üz-üzə gələcək.
Azərbaycan çempionu səfərdə qələbə qazanarsa, futbolçularına böyük miqdarda mükafat verəcək. Məbləğ 110-120 min manatdan başlayır. Bu, əsas heyətdə meydana çıxacaq oyunçulara çatacaq vəsaitdir. 1 xal əldə olunarsa, göstərilən rəqəmin yarısı qədər pul əldə edəcəklər.
Azərbaycan çempionu 1-ci turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib. "Köhlən atlar" daha sonra Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəlib - 2:0. Ağdam təmsilçisi Portuqaliya səfərində qeydə alınan nəticəyə görə futbolçuların hər birinə 100 min manatın üstündə mükafat ödəyib. "Kopenhagen" üzərində qələbə isə onları 80 min manat civarında irəli salıb.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" qarşılaşması "San Mames" stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
- ABŞ İrana qarşı hücumlara başladığını elan etdi
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu