ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuperin ötən gün Azərbaycana səfəri və müdafiə naziri Zakir Həsənovla görüşməsi olduqca mühüm hadisədir. Səfərin xüsusilə Rusiyanın Azərbaycanda dövlət çevrilişi hazırlamasının ifşa olunması ilə təxminən eyni vaxta düşməsi də maraqlıdır. Görünən budur ki, CENTCOM-un yeni komandanı Bred Kuper bu səfəri ilə faktiki olaraq Azərbaycanın yanında olduğunu nümayiş etdirib.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz bildirib.
“Zakir Həsənovla görüşlə bağlı yayılan rəsmi məlumatda bildirilib: “Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə olunub”. Bu isə o deməkdir ki, Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıqlar getdicə daha da genişləndiriləcək.
Qeyd edək ki, CENTCOM ABŞ Hərbi Nazirliyinin 11 vahid döyüş komandanlığından biridir və bəlkə də ən güclü olanıdır. CENTCOM-un nəzarət dairəsinə Yaxın Şərqdən Əfqanıstana və Orta Asiyaya qədər geniş ərazilər daxildir.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Prezident İlham Əliyevin 2 həftə əvvəl Qəbələdə keçirilən türk liderlərinin 12-ci zirvə görüşündə ortaq təlimlərlə bağlı bəyanatından sonra Bred Kuperin Bakıya səfər etməsi də diqqətə şayandır. Nədən ki, Cənubi Qafqaz və xüsusilə də Orta Asiya Kuperin rəhbəri etdiyi CENTCOM-un birbaşa maraq dairəsinə daxildir.
Görünən budur ki, Türk NATO-sunun yaradılması fikri ABŞ-ın diqqətini cəlb edib və Kuper dərhal Bakıya gələrək, Azərbaycanın bu təşəbbüsünə xeyir-dua verib”, - deyə politoloq iddia edib.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi