Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uzun müddətdir ki, zərərlə işləyən Bank BTB ASC-nin bağlanması ehtimalına münasibət bildirib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, o, bu barədə rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında danışıb.
"Hazırda "Bank BTB"nin AMB-nin tələblərinə cavab vermədiyi hallar yoxdur. Bank dayanıqlıdır, bütün prudensial tələbələrimizə cavab verir", - deyə o qeyd edib.
"Bank BTB" bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.45 milyon manatdır. Bankın səhmlərinin 76.74%-i Nigar Mehdiyevaya, 17.68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5.58%-i isə Tükəzban Mahmudovaya məxsusdur.
Qeyd edək ki, Nigar Mehdiyeva ötən gün cinayət məsuliyyətinə cəlb olunan Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin gəlinidir.
- Zahid Oruc: Ramiz Mehdiyev intihar etdi...
- Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir
- Azərbaycan BMT ilə mühüm sənəd imzaladı
- Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?
- Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi
- General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər
- Hakan Fidan Ramil Həsəni qəbul etdi
- Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü