Yerasx (Arazdəyən) - Sədərək dəmir yolu çəkilənə qədər Ermənistan blokadada qalacaq.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçatryan çıxış edib.
Revanşist qüvvələrə yaxın olan deputat regional kommunikasiyanın açılması ilə blokadanın aradan qalxacağını real hesab etmir. O təklif edir ki, Ermənistanın dalandan çıxması üçün Yerasx-Sədərək dəmir yolu tikilməlidir.
“Bu yol açılmadan “Tramp marşrutu” (Zəngəzur dəhlizi - red) tam fəaliyyət göstərə bilməz. Bu yol (Zəngəzur dəhlizi) təkcə 42 kilometri deyil, Yerasxa gedən bütün marşrutu əhatə etməlidir”, - o iddia edib.
Qeyd edək ki, Ermənistanda revanşist qüvvələr Vaşinqton anlaşmalarına, o cümlədən Zəngəzur dəhlizinin “Tramp marşrutu” adı altında açılmasına qarşı çıxır. Yerasx-Sədərək dəmir yolu xətti məsələsinin ortaya atılması da “arqumentlərini” gücləndirmək məqsədi daşıyır.
- ABŞ İrana qarşı hücumlara başladığını elan etdi
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Azərbaycan San Marinonu məğlub etdi - Video-Yenilənib
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu