Türkiyənin Bursa şəhərində dəhşətli qətl hadisəsi baş verib.
“BUTA TV” “Milliyet”ə istinadən bildirir ki, 68 yaşlı Adalet Uzunoğlu 75 yaşlı əri Ali Fuat Uzunoğlunu xüsusi amansızlıqla qətlə yetirib. Qadın keçmiş polis əməkdaşı olan ərini əvvəlcə öldürüb, daha sonra meyitini balta və bıçaqla 15 hissəyə bölərək paketlərə qoyub və yaşadığı ərazidəki zibil konteynerlərinə atıb.
Qadın cinayətdən sonra polisə müraciət edərək həyat yoldaşının itkin düşdüyünü bildirib. O ifadəsində deyib ki, əri qapıya zəng çalındıqdan sonra aşağı enib və bir daha geri qayıtmayıb. Lakin hadisə yerinə baxış zamanı evdə qan izlərinin aşkarlanması və qadının ziddiyyətli ifadələr verməsi şübhələri artırıb.
Aparılan kriminal ekspertiza nəticəsində evdə tapılan qan izlərinin öldürülən şəxsə, balta və bıçaqdakı barmaq izlərinin isə qadına məxsus olduğu müəyyən edilib. Bundan sonra saxlanılan Adalet Uzunoğlu ilkin olaraq, qətli törətmədiyini iddia etsə də, meyiti parçaladığını boynuna alıb.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
Onun sözlərinə görə, hadisə günü həyat yoldaşı pilləkənlərdən yıxılaraq ölüb. Qadın bildirib ki, hadisənin onun üzərinə atılacağından qorxduğu üçün meyiti parçalayıb və gizlətməyə çalışıb.
Faktla bağlı cinayət işi başlanıb və Adalet Uzunoğlu məhkəmənin qərarı ilə həbs edilib.
İstintaq çərçivəsində saxlanılan cütlüyün iki oğlu isə daha sonra məhkəmə qərarı ilə sərbəst buraxılıb.
Qeyd edək ki, öldürülən şəxs hadisə günü gecə saatlarında məsciddən çıxarkən təhlükəsizlik kameralarına düşüb. Buna baxmayaraq, onun meyitinin hissələri hələ də tam şəkildə tapılmayıb.
- Şamaxıda zəlzələ oldu
- Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
- Bakıya dolu düşəcək
- Abşeronun bəzi ərazilərinə dolu düşəcək - Xəbərdarlıq
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu