Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, 2026-2027-ci tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. Mikroərazilər müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.
Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda Azərişıq ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda "Azərişıq" ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, aprelin 15-dək 5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq və ya [email protected] elektron poçtuna göndərərək təklif və rəylərini verə bilərlər.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.
5, 6 və 7 saylı ASAN Xidmət mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər.
Paytaxt məktəbləri üzrə dislokasiya bu ünvandan tanış ola bilərsiniz.
- Şamaxıda zəlzələ oldu
- Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
- Bakıya dolu düşəcək
- Abşeronun bəzi ərazilərinə dolu düşəcək - Xəbərdarlıq
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu