Azərbaycanda taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə görə icbari sığorta haqlarına xüsusi əmsalların tətbiqinə başlanılıb.
BUTA.TV Baku TV-yə istinadla xəbər verir ki, Mərkəzi Bankın bununla bağlı yaydığı məlumatda aparılan təhlillərin şəxsi maşınlarla müqayisədə taksi avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olmasını göstərdiyi deyilib.
Bu da taksi fəaliyyətində istifadə olunan avtomobillərə xüsusi əmsalın tətbiqini zəruri edib.
Sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov deyir ki, taksidə istifadə olunan avtomobillərin mühərrikinin həcmi kiçik olduğundan onlar üzrə sığorta haqlarının məbləği aşağı idi:
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
"Sığorta hadisələrinin baş verməsində taksi xidməti göstərən avtomobillərin payı çox olduğuna görə sığorta şirkətləri böyük məbləğdə ödənişlər etmək məcburiyyətində qalırdılar. Bundan sonra taksi xidməti göstərən avtomobillər hadisə törətdikdə onların icbari sığorta haqqı bonus-malus sistemi üzrə 300 manat və daha çox ola bilər".
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bakıya dolu düşəcək
- Bakıda hündürmərtəbəli bina yanır - Video
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu
- Sabahın hava proqnozu açıqlandı