Türkiyə İrana 48 ton humanitar yardım yüklənmiş dörd yük avtomobili göndərib.
BUTA.TV xəbər verir ki, yüklərin yola salınması mərasimi Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Fatma Meriç Yılmazın iştirakı ilə “Ankara Kızılay” logistika mərkəzində keçirilib.
Onun sözlərinə görə, yük İran tərəfinin müraciəti əsasında qısa müddətdə formalaşdırılıb.
“Ankarada eskalasiyanın ilk günündən etibarən regionun mülki əhalisinə yardım göstərmək, humanitar yardıma olan tələbatı qarşılamaq məqsədilə İran və Livanın Qızıl Aypara cəmiyyətləri ilə əlaqə saxlayırıq”, – deyə o bildirib.
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri qeyd edib ki, martın əvvəlindən etibarən İranın 90 milyonluq əhalisinin 3,6 faizi evlərini tərk etmək məcburiyyətində qalıb:
“62 min ev və 20 mindən çox kommersiya obyekti dağılıb. Mülki əhali arasında ölənlər və yaralananlar var. İrana göndərilən 48 tonluq humanitar yardım yükü yalnız başlanğıcdır”.
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu
- Sabahın hava proqnozu açıqlandı
- Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü
- Kolumbiya prezidentinin qızını “iqnor” etdi, gündəm oldu - Video
- Pərvin Abışova ilə bağlı qərar verildi: 130 min manat...
- Şahdağa qar yağdı – Faktiki hava