Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb.
Bu barədə BUTA.TV-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilib. At ətinin Biləsuvar kənd sakini Əzizov Məlik Sabir oğlu tərəfindən qanunsuz olaraq kəsildiyi, Kərimli Əmrah İslam oğlu tərəfindən isə 10 XP 977 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobillə Bakı şəhərinə aparmağı planlaşdırdığı məlum olub.
Yararsız ət saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Fakt üzrə araşdırmalar davam etdirilir.
- Sabahın hava proqnozu açıqlandı
- Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü
- Kolumbiya prezidentinin qızını “iqnor” etdi, gündəm oldu - Video
- Pərvin Abışova ilə bağlı qərar verildi: 130 min manat...
- Şahdağa qar yağdı – Faktiki hava
- Məktəbdən küçəyə daşan qəzəb - Nəyi gözdən qaçırırıq?
- I və IV qruplara qəbul imtahanları başladı
- Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar