Bakı şəhərində həyata keçirilən yenidənqurma tədbirləri çərçivəsində daha bir ərazidə söküntü işlərinə başlanılır.
BUTA.TV Yeni Sabah-a istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində istismar müddətini başa vurmuş və plana düşmüş, "mordovan” adlandırılan binaların sökülməsi nəzərdə tutulub.
Həmin ikimərtəbəli evlərin yerində çoxmərtəbəli binalardan ibarət yeni yaşayış massivi salınacaq.
Hazırda layihəni icra edəcək tikinti şirkətləri ilə yerli sakinlər arasında kompensasiya və köçürülmə şərtlərinə dair danışıqlar aparılır. Söküntü işlərinin qəsəbənin infrastrukturunun yenilənməsi məqsədilə həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, "mordovan” yaxud "qamışlıq” kimi tanınan binalar İkinci Dünya müharibədən sonra inşa edilib. Tikintidə qamışdan da geniş istifadə olunub. Bu evlərin bəziləri sonradan kənardan daşla üzlənərək müasir görkəm alsa da, daxili karkasları hələ də həmin dövrün yadigarı olan qamış bağlamalarından ibarətdir.
Xatırladaq ki, aprelin 5-6-da paytaxtda müşahidə olunan intensiv yağıntılar Keşlə qəsəbəsində bir sıra fəsadlara yol açıb. Qəsəbə ərazisində yerləşən Bakı dairəvi magistral kollektorunda suyun səviyyəsinin kəskin artması və R. Bağırov küçəsindəki magistral xətdə əvvəlcədən yaranmış çökmə nəticəsində drenaj-kanalizasiya sistemində yüklənmə baş verib. Relyef şəraiti ilə əlaqədar suyun səviyyəsi 1.2–1.5 metrə yüksəlib, nəticədə 31 fərdi yaşayış evinə su dolub.
- Sabahın hava proqnozu açıqlandı
- Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü
- Kolumbiya prezidentinin qızını “iqnor” etdi, gündəm oldu - Video
- Pərvin Abışova ilə bağlı qərar verildi: 130 min manat...
- Şahdağa qar yağdı – Faktiki hava
- Məktəbdən küçəyə daşan qəzəb - Nəyi gözdən qaçırırıq?
- I və IV qruplara qəbul imtahanları başladı
- Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar