“Azercell”in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı 2025” sosial layihə müsabiqəsinin qalibləri təşəbbüslərinin icrasını davam etdirirlər.
Bu təşəbbüslərdən biri olan “StartHer” layihəsi ilkin seçim mərhələsini uğurla tamamlayaraq icra mərhələsinə keçib. Layihə Quba rayonunda yaşayan gənc qadınların sahibkarlıq və startap sahəsində bilik və bacarıqlarının inkişafını hədəfləyir.
Proqram çərçivəsində 20 gənc qadın üçün startapların qurulması, sahibkarlığın əsasları, maliyyə savadlılığı, komanda işi və effektiv təqdimat bacarıqları kimi aktual mövzuları əhatə edən 8 təlim sessiyası təşkil olunacaq. Layihə müddətində iştirakçılar əldə etdikləri bilikləri praktik müstəvidə tətbiq edərək komandalar şəklində ideyalarını inkişaf etdirəcəklər. Təşəbbüs may ayında keçiriləcək hakatonla yekunlaşacaq və iştirakçılar hazırladıqları layihələri münsiflər heyətinə təqdim edəcəklər. Qalib komandalar müxtəlif mükafatlarla təltif olunacaqlar.
Layihə İnnovativ İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
Qeyd edək ki, “Azercell”in artıq üç ildir həyata keçirdiyi bu sosial layihə müsabiqəsinin əsas məqsədi qadınların iqtisadi müstəqilliyini dəstəkləməklə ölkənin dayanıqlı inkişafına töhfə verməkdir. Müsabiqənin 2026-cı il üzrə çağırışı avqust ayında elan olunacaq.
- Şahdağa qar yağdı – Faktiki hava
- Məktəbdən küçəyə daşan qəzəb - Nəyi gözdən qaçırırıq?
- I və IV qruplara qəbul imtahanları başladı
- Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı