Tamstore Marketlər şəbəkəsi 16-19 aprel tarixlərində yenidən “Biz susuruq, qiymətlər danışacaq” kampaniyasına start verəcək.
Kampaniya zamanı Vanak və Günaydın kərə yağları 12.99 manata, Romaşka xama 25 % 320 qramlıq 3.99 manata, 5 kilolouq Tanelli makaronu 3.90 manata, Əşrəfi basmati düyü kisə 2 kq 6.98 manata, Bammi tualet kağızı 32 rulon 9.99 manata, Pervol yuyucu maye 1 l 5.65 manata, Ariel yuyucu toz 5 kq 15.99 manata təklif olunacaq. Bundan başqa 18-19 aprel tarixlərində təzə toyuğun 1 kilosu 3.99 manat və sümüklü dana döş ətinin 1 kilosu 14.99 manat olacaq. Endirimlər təbii ki, bununla yekunlaşmır. Mağazada meyvə və tərəvəz maya dəyərinə, 2200 çeşiddə məhsul isə müxtəlif endirimlərlə təklif olunacaq.
Kampaniya zamanı endirimlər seçilmiş ət, toyuq və ət məhsullarına, süd və süd məhsullarına, kərə yağı və bitki yağlarına, makaron, düyü və paxlalı məhsullara, şirniyyatlara, içkilər, təmizlik və baxım məhsullarına, eyni zamanda evinizə lazım olacaq kiçik məişət əşyalarına da tətbiq olunacaq.
“Tamstore” marketlər şəbəkəsi Bakı ilə yanaşı, Xırdalan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Hacıqabul, Ağdaş, Ağcabədi, Salyan, Cəlilabad, Masallı, Şəmkir, Bərdə, Zaqatala, Şəki, Şamaxı, Beyləqan və Mingəçevirdə də fəaliyyət göstərir. Endirimlər şəbəkənin Naxçıvan xaric bütün filiallarında keçərli olacaq. Bütün filiallar 24 saat müştərilərin xidmətindədir.
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Şahdağa qar yağdı – Faktiki hava
- Məktəbdən küçəyə daşan qəzəb - Nəyi gözdən qaçırırıq?
- I və IV qruplara qəbul imtahanları başladı
- Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı