Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının zəruri tibbi çağırış olmadan kobud şəkildə pozulduğu faktı aşkarlanıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, aprelin 16-da səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisində təcili yardım avtomobilinin sürücüsü xüsusi işıq və səs siqnallarından istifadə edərək yolun əks istiqamətinə çıxıb, qoşa xəttin tələblərini pozaraq digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb.
Yol polisi əməkdaşları tərəfindən saxlanılan avtomobilin sürücüsü Mehman Əliyevin həmin vaxt heç bir çağırışa getmədiyi, avtomobildə xəstə və ya tibbi personalın olmadığı halda xüsusi siqnallardan istifadə etdiyi müəyyən edilib.
Araşdırmalarla onun qayda pozuntularını hərəkət etdiyi müddətdə dəfələrlə təkrarladığı aşkarlanıb. Keçirilən tibbi müayinə zamanı sürücünün narkotik vasitə qəbul etdiyi və sərxoş vəziyyətdə olduğu müəyyən edilib. Sürücü barəsində hüquqi məsuliyyət tədbirləri görülür.
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Şahdağa qar yağdı – Faktiki hava
- Məktəbdən küçəyə daşan qəzəb - Nəyi gözdən qaçırırıq?
- I və IV qruplara qəbul imtahanları başladı
- Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı