Bakıda aprelin 18-də havanın 21, rayonlarda isə 23 dərəcə isti olacağı gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-70% təşkil edəcək.
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi qərb rayonlarında qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacaq.
- Şahdağa qar yağdı – Faktiki hava
- Məktəbdən küçəyə daşan qəzəb - Nəyi gözdən qaçırırıq?
- I və IV qruplara qəbul imtahanları başladı
- Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı