Oğuz rayonunda qanunsuz ağac kəsilməsi və torpaq zəbt edilməsi faktları üzrə 3 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, rayonun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacının kəsilməsi nəticəsində təbiətə 5 min manatdan artıq maddi ziyan vurulub.
Keçirilən əməliyyat tədbirləri ilə həmin əməli törətməkdə şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb.
Bundan əlavə, Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktı da aşkarlanıb. Araşdırmalar zamanı həmin ərazidə 350 ədəd qaratikan kolunun məhv edildiyi və nəticədə təbiətə 26 min manatdan artıq ziyan vurulduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən bu əməli törətməkdə şübhəli bilinən daha iki nəfər də saxlanılıb.
Hər iki fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- I və IV qruplara qəbul imtahanları başladı
- Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb