İndiyə qədər icra edilmiş bütün sosial paketlərdə minimum əmək haqqının artırılması ilə bağlı qərar qəbul olunub. Qeyd etdiyim kimi, ötən dövr ərzində minimum əmək haqqı 3.1 dəfə artaraq 130 manatdan 400 manata yüksəlib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Nazir qeyd edib ki, minimum maaş öz mahiyyətinə görə universal sosial standartdır:
"Tam iş saatı ilə çalışan şəxslərə minimum əmək haqqından aşağı məbləğdə maaşın ödənilməsinə qanun icazə vermir. Biz bu standartın tətbiqinə, demək olar ki, həftəlik əsasda nəzarət edirik. Əmək və məşğulluq alt sistemi buna imkan yaradır. Bu proses tam elektron şəkildə həyata keçirilir. Monitorinq tədbirlərimiz çərçivəsində minimum əmək haqqıdan aşağı maaş alan şəxsləri müəyyən etdikdə onların işəgötürənlərinə müvafiq maarifləndirici bildirişlər göndəririk, nəzarət tədbirləri tətbiq edirik.
Sonuncu sosial islahatlar paketi çərçivəsində 700 minə yaxın şəxsə minimum əmək haqqı artımı şamil olunub. Ümumiyyətlə, minimum əmək haqqının artımı ölkədə orta aylıq gəlirlərin artımına müsbət təsir edir".
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb
- Prezidentin qızı məşhur şeiri səsləndirdi - Video
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video