Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüş olub.
BUTA.TV xəbər verir ki, Azərbaycan və İndoneziya arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini bildirən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmək, məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
2022-ci ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziyanın İşçi Qüvvəsi Nazirliyi arasında imzalanan əməkdaşlıq sənədinə uyğun olaraq görülən işlərin Nazirliklər arasında əlaqələrin gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.
İslam Əməkdaşlıq Təşkilatının mənzil qərargahı Bakı şəhərində yerləşən Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafında önəmli rolu diqqətə çatdırılıb. Son illər Azərbaycanda aparılan sosial islahatlar, DOST konsepsiyası, sosial sahədə əldə olunan rəqəmsal uğurlar barədə səfirə məlumat verilib.
Berlian Helmi digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahələrində də ikitərəfli əməkdaşlığın inkişafı üçün səfirlik tərəfindən səylər göstəriləcəyini bildirib. Görüşdə qeyd olunan sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- FHN paltar asarkən binadan yıxılan şəxsi belə xilas etdi - Video
- Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar+Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb