Məlum olduğu kimi, Qaradağ rayonu, Qobustan qəsəbəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki əməkdaşı su xəttində yaranmış problemi aradan qaldırmağa çalışarkən torpaq sürüşməsi baş verib.
Nəticədə hər iki şəxs torpaq altında qalıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən bir nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Digər şəxs isə hadisə yerində həyatını itirib.
BUTA.TV Baku Tv-yə istinadən xəbər verir ki, həlak olan şəxsin qardaşının sözlərinə görə, mərhum Qobustan Su İdarəsində çilingər-santexnik işləyib və əsas vəzifəsi su xətlərində yaranan nasazlıqları aradan qaldırmaq olub.
"Bu insanın işi deyildi, santexnik idi, su xəttini təmir edirdi. Kanalizasiya işlərinə heç bir aidiyyəti yox idi. Müdiri zəng edib deyib ki, gəlməsən, səni işdən çıxaracağam. İndi iş yerindən bir nəfər də gəlib soruşmayıb ki, bu insan öldü, qaldı?" - deyə o əlavə edib.
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- FHN paltar asarkən binadan yıxılan şəxsi belə xilas etdi - Video
- Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar+Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb