2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə olundu. Bu qərarla bağlı geniş və gərgin müzakirələr aparıldı. Buraxılış imtahanlarında riyaziyyat və Azərbaycan dili əsas fənlər idi. Üçüncü fənnin hansı olması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü.
BUTA.TV “Azərbaycan müəllimi”ə istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib.
O bildirib ki, həmin ildə təhsil naziri olan Mikayıl Cabbarovun təkidi ilə xarici dil buraxılış imtahanı fənlərinin siyahısına daxil edildi:
“Açığını desəm, üçüncü fənnin xarici dil olmasının əleyhinə idim. Çünki bəzi məktəblərin verdikləri attestatlarda xarici dil fənninin tədris olunmadığı qeyd edilirdi. Hətta elə hallar olurdu ki, müəyyən məktəblərdə bu fənn cəmi bir-iki il tədris edilmiş, müəllim çatışmazlığı səbəbindən sonradan dayandırılmışdı. Bu səbəbdən həmin fənnin buraxılış imtahanı fənnləri siyahısına daxil edilməsini məqsədəuyğun hesab etmirdik”.
DİM sədrinin sözlərinə görə, zaman göstərdi ki, xarici dil fənninin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsi doğru qərar olub. Xarici dil bilikləri gənclərin gələcək həyatında yeni imkanlar və perspektivlər açır.
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- FHN paltar asarkən binadan yıxılan şəxsi belə xilas etdi - Video
- Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar+Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb