Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi baş tutub.
BUTA.TV xəbər verir ki, Milli Gimnastika Arenasında yəşkil olunan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.
Ardınca gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb:
"Növbəti idman bayramına xoş gəlmisiniz. Ölkəmizdə idman son illər inkişaf edir. Məhz bu həftə Azərbaycanda üç beynəlxalq turnir baş tutur. Hər üçü də ənənəvi yarışdır. Bu cür tədbirlər idmanın təbliği üçün önəmlidir. Azərbaycanda idman dövlət siyasətidir. Dövlət başçısı da idmana xüsusi diqqət ayırır. Milli Gimnastika Arenasında hər il Dünya və Avropa Kubokları və digər turnirlər təşkil edilir. Azərbaycan Gimnastika Federasiya möhtəşəm iş görür. Avropa və dünya çempionatlarında kifayət qədər yaxşı nəticələr var".
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsinin ardından bədii hissə ilə davam edib.
Xatırladaq ki, bu gün start götürən Avropa Kuboku mayın 3-də başa çatacaq. İdmançılar turnir ərzində qrup və fərdi proqramlarda bacarıqlarını göstərirlər. Yarışda Azərbaycan təmsilçiləri ilə birlikdə 30 ölkə və neytral idmançılar çıxış edirlər.
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- FHN paltar asarkən binadan yıxılan şəxsi belə xilas etdi - Video
- Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar+Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb