Azərbaycanda məktəblərdə kompüterlə təminat sahəsində son illər ciddi irəliləyiş əldə olunub.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimində deyib.
“Hazırda ölkədə orta hesabla 6 şagirdə 1 kompüter düşür. Bu göstəricinin gələcəkdə daha da yaxşılaşdırılması və əsas hədəf kimi “1 şagird – 1 kompüter” nisbətinə nail olunması nəzərdə tutulur.
2000-ci illərin əvvəllərində vəziyyət xeyli fərqli idi. Həmin dövrdə 1062 şagirdə cəmi 1 kompüter düşürdü.
Eyni zamanda, rəqəmsal bacarıqların artırılması istiqamətində həyata keçirilən layihələr də geniş əhatə dairəsinə malikdir. Hazırda 530 min şagird “Rəqəmsal bacarıqlar” layihəsində iştirak edir”, - o bildirib.
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- FHN paltar asarkən binadan yıxılan şəxsi belə xilas etdi - Video
- Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar+Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb