Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, 60 yaşlı Mamed Niçaxovun idarə etdiyi “Mersedes” və 31 yaşlı Musa Qurbanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Baş verən qəza nəticəsində “Mersedes”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- FHN paltar asarkən binadan yıxılan şəxsi belə xilas etdi - Video
- Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar+Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb