Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Pakistana səfəri çərçivəsində Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovu qəbul edib.
Bu barədə BUTA.TV-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fərid Əhmədov ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Pakistan İslam Respublikasının Baş nazirinə çatdırıb. Məhəmməd Şahbaz Şərif də öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan dövlət başçısına çatdırmağı xahiş edib.
Görüş zamanı Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi, mədəni və dini bağlılıqlara əsaslandığı, eyni zamanda bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanıb.
Görüşdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Federal Hüquq və Ədliyyə Nazirliyi arasında son iki ildə imzalanmış Əməkdaşlıq Memorandumu və Əməkdaşlıq Proqramı çərçivəsində tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi üzrə tədbirlərin həyata keçirildiyi bildirilib. İki ölkə arasında imzalanmış hüquqi sənədlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
Ölkələr arasında hüquqi yardım və ekstradisiya sahəsində səmərəli əməkdaşlıq müzakirə edilib. Həmçinin hüquq və ədliyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarının mövcud olduğu vurğulanıb.
- Binədə mağazada yanğın baş verdi - Video
- Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto
- Oyunda dalaşdılar - Ayxan Abbasov millidən qovdu-Video
- Bazar günü hava necə olacaq?
- Zərgərpalan küçəsindəki söküntü ilə bağlı iddialara - Rəsmi cavab
- Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri...
- Ötən ay Bakı və Abşerona 749% normadan artıq yağıntı düşüb
- Bu iki gündə Bakı bulvarına mütləq gedin! - Fotolar