Son dövrlər sosial şəbəkələrdə “cərimələrin ödənilməsi”, “cəriməyə endirim”, “borcun bağlanılması” və oxşar məzmunlarla reklam edilən bəzi internet səhifələrinin fişinq məqsədilə istifadəsi müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, aparılan monitorinqlər zamanı ayrı-ayrı saxta internet resurslarının rəsmi dövlət platformalarını təqlid edərək istifadəçilərin bank kartı məlumatlarını və digər fərdi məlumatlarını ələ keçirməyə cəhd edildiyi müəyyənləşib.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara sosial şəbəkələrdə yayılan şübhəli reklamlara etibar etməməyi, naməlum keçidlər vasitəsilə ödəniş əməliyyatları aparmamağı, kart məlumatlarını, CVV/CVC və təsdiq kodlarını üçüncü şəxslərlə paylaşmamağı, ödənişləri yalnız rəsmi və dövlət informasiya sistemləri üzərindən həyata keçirməyi, daxil olduqları internet səhifələrinin domen ünvanlarını diqqətlə yoxlamağı tövsiyə edir.
Vətəndaşlara kiberdələduzluq halları ilə qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermək məsləhət görülür.
- Binədə mağazada yanğın baş verdi - Video
- Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto
- Oyunda dalaşdılar - Ayxan Abbasov millidən qovdu-Video
- Bazar günü hava necə olacaq?
- Zərgərpalan küçəsindəki söküntü ilə bağlı iddialara - Rəsmi cavab
- Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri...
- Ötən ay Bakı və Abşerona 749% normadan artıq yağıntı düşüb
- Bu iki gündə Bakı bulvarına mütləq gedin! - Fotolar