Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərişıq ASC-dən məlumat verilib.
Belə ki, mayın 16-da Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 6 və 11 saylı hava xətlərində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Səməd Vurğun, Mirzə Ələkbər Sabir, Azadlıq, Tofiq İsmayılov küçələri, eləcə də rayonun Bəydili, Aşağı Cürəli kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
- Bu iki gündə Bakı bulvarına mütləq gedin! - Fotolar
- ASAN Xidmətdə çalışanlara maaş yeni qayda ilə veriləcək
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- Naxçıvan sakinlərinə şad xəbər
- Bakıda bu bazar, ətrafındakı obyektlər söküləcək
- İlham Əliyevdən Krala - Təbrik
- Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
- İrandan ölkəmizə qaçan əfqanlar saxlanıldı - Foto