Mayın 17-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasında ikinci Paylayıcı Qurğuda (PQ) yenidənqurma və təmir-təftiş işləri aparılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Qeyd olunub ki, bununla əlaqədar saat 01:00-dan 04:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivləri, Biləcəri qəsəbəsi Məmədoğlular, M.Aslanov, 10 May küçələri, eləcə də DSK yolu adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
- Bu iki gündə Bakı bulvarına mütləq gedin! - Fotolar
- ASAN Xidmətdə çalışanlara maaş yeni qayda ilə veriləcək
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- Naxçıvan sakinlərinə şad xəbər
- Bakıda bu bazar, ətrafındakı obyektlər söküləcək
- İlham Əliyevdən Krala - Təbrik
- Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
- İrandan ölkəmizə qaçan əfqanlar saxlanıldı - Foto