Bakının Şəfayət Mehdiyev küçəsində və Vaqif prospektində mikromobillik zolaqları təşkil edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Mətbuat prospektində daha öncə təşkil edilmiş zolaqlar isə Akim Abbasov küçəsi ilə kəsişməyə qədər uzadılıb. Ərazidə müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.
Növbəti mərhələdə Akim Abbasov küçəsində salınacaq yeni mikromobillik zolağı sayəsində dairəvi hərəkət təmin olunacaq. Vaqif prospektində salınan zolaqların isə gələcək perspektivdə "Atatürk" parkındakı velosiped zolağı ilə əlaqələndirilməsi planlaşdırılır.
Bildirilib ki, şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.
- Səfir dostluq münasibətlərinə və kitaba görə təşəkkür etdi - Fotolar
- Bakıda bu ərazilərdə söküntü planlaşdırılır
- Meyvə-tərəvəz niyə ucuzlaşmır? - Video
- Sadıqovun ölümünün təfərrüatı ortaya çıxır: İntihar?
- Xoşqədəm əkizləri ilə Acunun kanalında - VİDEO
- Prezidentin atdığı topu tutmaq istəyərkən yıxılması gündəm oldu - Video
- 1,4 milyardlıq sərvətini uşaqlarına verməmək üçün bu addımı atdı
- Yük maşını xarab oldu, 50 nəfər susuzluqdan öldü