Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi - Foto

17:36 - 13 İyun 2026 - GÜNDƏM

 Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi - Foto

Ağdamda 60 hektardan artıq ərazidə yanğın başlayıb.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Kəngərli kəndində açıq ərazidə quru ot və kol olan hissədə baş verib.

Əraziyə FHN-nin Ağdam rayonunun yanğınsöndürən bölməsinin iki maşını və şəxsi heyəti cəlb olunub. Yanğın genişlənərək əraziyə yayıldığından əlavə olaraq FHN-nin Xocalı rayonun yanğınsöndürən bölməsinin bir avtomobili və şəxsi heyəti də köməyə cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol