Norveç millisi 2026-cı il FIFA Dünya Çempionatında İraq üzərində 4:1 hesablı qələbə qazanmaqla yanaşı, turnir tarixində unikal rekorda da imza atıb.
“BUTA.TV” xəbər verir ki, 1998-ci ildən sonra ilk dəfə DÇ-də iştirak edən Skandinaviya təmsilçisinin heyətində Erlinq Haaland, Aleksandr Sörlot və Kristian Torstvedt eyni anda meydana çıxıblar.
Bununla da onlar DÇ tarixində atalarının yolunu birlikdə davam etdirən ilk üç futbolçu olublar.
Maraqlıdır ki, düz 32 il əvvəl, 1994-cü ildə ABŞ-də keçirilən Dünya Çempionatında Norveç millisinin heyətində Alf-İnge Haaland, Qoran Sörlot və Erik Torstvedt də birlikdə çıxış etmişdilər. Onlar 23 iyun 1994-cü ildə İtaliyaya qarşı oyunda eyni komandanın formasını geyinmişdilər.
Beləliklə, 2026-cı ildə yenidən ABŞ-də keçirilən mundialda onların oğulları Erlinq Haaland, Aleksandr Sörlot və Kristian Torstvedt eyni uğuru təkrarlayaraq, futbol tarixinin ən maraqlı hekayələrindən birinə imza atıblar.
Norveç DÇ tarixində heyətində eyni anda üç futbolçunun atasının da əvvəllər mundialda birlikdə çıxış etdiyi ilk milli komanda olub.

- Ankarada Azərbaycan dilindən imtahan keçirildi
- Azərbaycanda işsizlik səviyyəsi çox aşağı həddə saxlanılır...
- Gömrük Komitəsinin İdarə rəisi işdən çıxarıldı - Foto
- Ağdamda əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi
- Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşdü
- Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat etdi
- Zakir Fərəcov növbəti səyyar vətəndaş qəbulu keçirdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu