Rəqəmsal mühitin genişlənməsi ilə paralel olaraq internet və sosial media platformalarından istifadə edənlərin sayı artır. Bu isə kiberməkanda törədilən hüquqazidd əməllərin, xüsusilə uşaqların təhlükəsizliyi ilə bağlı risklərin daha da aktuallaşmasına səbəb olur.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Elşad Hacıyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı səsləndirib.
O bildirib ki, DİN-ə daxil olan müraciətlərin əhəmiyyətli hissəsi internet və sosial media platformalarında baş verən hüquqpozmalara aiddir. Rəqəmsal mühit artıq müxtəlif növ cinayətlərin törədilməsi üçün istifadə olunan əsas platformalardan birinə çevrilib:
“Kiberməkanda dələduzluq, saxta hesablar vasitəsilə törədilən hüquqazidd əməllər, qanunsuz məhsulların, o cümlədən alkoqollu içkilərin qanunsuz satışı, müxtəlif maliyyə fırıldaqları və digər ağır cinayətlərin təşkili halları müşahidə olunur. Bu səbəbdən rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi hüquq-mühafizə orqanlarının qarşısında duran mühüm vəzifələrdən biridir. Bu məsələ yalnız hüquqi və texniki vasitələrlə həll edilə bilməz. Rəqəmsal təhlükəsizlik cəmiyyətin bütün təbəqələrinin, dövlət qurumlarının, ailələrin, təhsil müəssisələrinin, media subyektlərinin və rəqəmsal platformaların birgə məsuliyyətini tələb edir”.
Nazirlik rəsmisi vurğulayıb ki, sosial şəbəkələrdə saxta profillərin və yalançı şəxsiyyətlərin yaradılması kibercinayətkarların geniş istifadə etdiyi üsullardandır. Həmin saxta hesablar vasitəsilə vətəndaşlar aldadılır, müxtəlif cinayət əməlləri törədilir və xüsusilə uşaqlar risk qrupuna çevrilirlər.
- Məzunları imtahanda ən yüksək nəticə göstərən ali məktəblər
- Ankarada Azərbaycan dilindən imtahan keçirildi
- Azərbaycanda işsizlik səviyyəsi çox aşağı həddə saxlanılır...
- Gömrük Komitəsinin İdarə rəisi işdən çıxarıldı - Foto
- Ağdamda əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi
- Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşdü
- Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat etdi
- Zakir Fərəcov növbəti səyyar vətəndaş qəbulu keçirdi