Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir

14:15 - 19 İyun 2026 - DÜNYA

 Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir

Hər bir israilli ananın tökdüyü bir göz yaşına görə min livanlı ana ağlamalıdır. Bütün Livan yanmalıdır!

BUTA.TV xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir özünün X səhifəsində yazıb.

“İsrail bütün dünyaya aydın şəkildə göstərməlidir ki, övladlarımızın qanı və vətəndaşlarımızın təhlükəsizliyi sahibsiz deyil. Bütün Livan yanmalıdır.

Ən ali vəzifəmiz İsrail vətəndaşlarını və İsrail Müdafiə Qüvvələrinin əsgərlərini qorumaqdır. Bu öhdəlik hər hansı digər mülahizədən üstündür.

Mən bunu Baş nazirə də, aramızdakı iclaslarda da demişəm: israilli bir ananın hər bir göz yaşına görə min livanlı ana ağlamalıdır.

Bu “pinq-ponq” kifayətdir. Yaxın Şərqdə ölçülü cavablarla və dözümlülüklə qalib gəlmək olmur. Dəli kimi davranmaq lazımdır. Silib məhv etmək lazımdır. Terroru qəti şəkildə məğlub etmək lazımdır”, - o qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol