Venesueladakı zəlzələdə ölənlərin sayı artdı - Yenilənib

14:42 - 25 İyun 2026 - GÜNDƏM

 Venesueladakı zəlzələdə ölənlərin sayı artdı - Yenilənib

Venesuelada baş verən güclü zəlzələlər nəticəsində azı 32 nəfər həlak olub, 700-dən çox şəxs isə xəsarət alıb.

BUTA.TV” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Venesuela prezidentinin vəzifələrini icra edən Delsi Rodriges bildirib. 

Onun sözlərinə görə, ən çox zərər çəkmiş bölgə La-Quayra ştatı olub:

“La-Quayrada onlarla bina uçub və hazırda biz mümkün qədər çox insanın həyatını xilas etmək üçün çox gərgin xilasetmə işləri aparırıq”.

Xatırladaq ki, Venesuelada bir-birinin ardınca baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ ölkədə geniş dağıntılara səbəb olub. Hadisədən sonra hökumət fövqəladə vəziyyət elan edib, paytaxt Karakas və ətraf bölgələrdə xilasetmə əməliyyatlarına başlanılıb. 

***

CNN telekanalının məlumatına görə, Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 164 nəfərə çatıb, daha 971 nəfər isə yaralanıb.

***

TASS-ın məlumatına görə, baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 200-ə yaxınlaşıb, 1000-dən çox insan isə xəsarət alıb.





Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol