Düşünürəm ki, Messinin DÇ-2026-da iştirakı mümkündür. Çox şey onun istəyindən asılı olacaq.
BUTA.TV xəbər verir ki, bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmanın kapitanı Lionel Messinin DÇ-2026-da da iştirak edib-etməyəcəyi ilə bağlı danışarkən deyib.
“Hər şey bu müddət ərzində baş verənlərdən, özünü yaxşı hiss edib-etməyəcəyindən asılı olacaq. Qapılar onun üzünə həmişə açıq olacaq. O, meydanda xoşbəxtdir və oynadığı oyun bizə çox fayda verir", - Skaloni vurğulayıb.
Qeyd edək ki, daha öncə Lionel Messi DÇ-2022-nin onun üçün son mundial olduğunu bildirmişdi.
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- Naxçıvan sakinlərinə şad xəbər
- Bakıda bu bazar, ətrafındakı obyektlər söküləcək
- İlham Əliyevdən Krala - Təbrik
- Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
- İrandan ölkəmizə qaçan əfqanlar saxlanıldı - Foto
- Bakıda bu ərazilərdə söküntü planlaşdırılır
- Meyvə-tərəvəz niyə ucuzlaşmır? - Video