Xəbər verdiyimiz kimi, Rusiya Ukraynadakı hərbi qüvvələrinin komandanını növbəti dəfə dəyişdi. Bu dəfə Valeri Gerasimov komandan təyin edilib.
BUTA.TV xəbər verir ki, ordu generalı Sergey Suravikin 2022-ci ilin 8 oktyabrında xüsusi hərbi əməliyyat zonasında birləşmiş qoşunlar qrupunun komandiri təyin olunmuşdu. Cəmi 3 aydan sonra Ukraynadakı qoşunların komandanı növbəti dəfə niyə dəyişdi?
Bu barədə danışan rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib ki, Rusiya müdafiə naziri Şoyqunun apardığı bu dəyişikliyə Prezident Putin razılıq verib və təsdiqləyib:
“Dəyişikliyin səbəbi isə digər məsələlərlə yanaşı, Ukrayna Silahlı Qüvvələri üçün ağır Qərb silahlarının, o cümlədən əsas döyüş tanklarının çatdırılmasına başlanmasıdır.
Gerasimovun bu vəzifəyə təyin edilməsi o deməkdir ki, xüsusi hərbi əməliyyat zonasındakı tapşırıqların yerinə yetirilməsində Rusiya Federasiyasının arsenalında olan bütün silahlardan istifadə edilə bilər.
Yəni taktiki nüvə silahları potensial döyüş silahına çevrilir, lakin Ukrayna Silahlı Qüvvələrinə qarşı deyil, AB və NATO ölkələrinin ərazisində xüsusi hərbi əməliyyat formatında hədəflərin mümkün məhv edilməsi üçün - əlbəttə, vəziyyət tələb edərsə”.
Korotçenko xüsusilə bir nüansa da diqqət çəkib: Valeri Gerasimov “3 nömrəli nüvə çamadanı” deməkdir.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gündən Ukraynada Birləşmiş Qüvvələr Qrupuna komandanlıq edir. Aerokosmik Qüvvələrin komandanı, ordu generalı Sergey Surovikin də daxil olmaqla, Quru Qoşunlarının komandanı, ordu generalı Oleq Salyukov və Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim Gerasimovun müavinləri təyin ediliblər.
- Ötən ay Bakı və Abşerona 749% normadan artıq yağıntı düşüb
- Bu iki gündə Bakı bulvarına mütləq gedin! - Fotolar
- ASAN Xidmətdə çalışanlara maaş yeni qayda ilə veriləcək
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- Naxçıvan sakinlərinə şad xəbər
- Bakıda bu bazar, ətrafındakı obyektlər söküləcək
- İlham Əliyevdən Krala - Təbrik
- Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü