Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat tədbiri zamanı Şərur rayon Radio Zavodunun dəzgahlar və elektrik tənzimləyici qurğuların içərisində olan mis metalından ibarət olan hissələrin sökülərək oğurlandığı aşkarlanıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, həyata keçirilmiş əməliyyat-axtarışı tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şərur şəhər sakinləri - Əbilov Mahmud Ramiz oğlu, Məmmədov Nurlan Elxan oğlu saxlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən digər şəxsin - Bakı şəhərində olan Ə.Musayevin yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
- Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!
- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto
- Heydər Əliyevin vəfatından 22 il ötür
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir