Qarabağ iqtisadi rayonunun bir hissəsinə - Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına sığınan separatçıların “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan Xankəndidən qaçacağı barədə xəbərləri təkzib edib.
BUTA.TV xəbər verir ki, o, indiki vəziyyətdə istefa verməyəcəyini bildirib.
Eyni zamanda, o bildirib ki, separatçıların digər liderlərinin də istefa verməsi yaxşı olmazdı.
Qeyd edək ki, bundan öncə separatçı-terrorçuların “parlament sədri” Artur Tovmasyan “növbədənkənar seçki” keçirməyə çağırmışdı.
Ermənistan mediası isə R.Vardanyanın “vəzifədən” yaxın günlərdə kənarlaşdırılacağı haqda məlumat yayıb.
- Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!
- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto
- Heydər Əliyevin vəfatından 22 il ötür
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir