Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
BUTA.TV xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 5 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Beynəlxalq təşkilata məxsus iki avtomobilin içərisində erməni ailələr olub.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Qeyd edək ki, ötən gün Xankəndi-Laçın yolunda hər iki istiqamətə BQXK-yə məxsus ümumilikdə 9 avtomobil maneəsiz hərəkət edib.
- Mərakeş şahzadəsi Şəhidlər xiyabanını ziyarət etdi
- Badamovun saxlanılması: Rusiyadan hələ açıqlama yoxdur
- İrandan Azərbaycan və Gürcüstana dəhliz təklifi
- Daha bir erməni yalanı ifşa edildi: O evi özləri vurub - Video
- Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?
- 1994-cü ildə atəşkəsi buna görə imzaladıq – Sərkisyan
- Çinlə əlaqələr yeni mərhələyə qədəm qoyur - Qafarov
- MKİ əməkdaşlarının Bakıda gördüyü UNO-lar: Qəfil sürətləndi…