Böyük Britaniya yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya “Apaçi AH64 E” hücum helikopterlərini verəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Mirror” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, helikopterlər Ukraynanın “Çellencer 2” tanklarının almasından sonra təhvil veriləcək.
“Apaçi” oyun qaydalarını dəyişdirəcək. İlk olaraq tanklar gələcək və helikopterlərin yerləşdirilməsinə isə qədər bir az vaxt lazımdır. NATO-nun digər üzvləri də bundan sonra nümunə götürməlidir. “Apaçi” helikopterləri 16 ədəd “Hellfire” tank əleyhinə mərmilər, 76 ədəd 70 mm-lik “Hydra” raketləri və 30 mm-lik mərmilərlə silahlanıb. Bu da o deməkdir ki, 4 “Apaçi” 70 tankdan ibarət bir polku tamamilə məhv edə bilər”, - mənbə bildirib
Qeyd olunub ki, ukraynalı pilotlar Britaniyada təlim keçəcəklər.
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
- Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Anbaan video
- Bakı bulvarı bu gün rəngarəng idi - Video+Fotolar
- Sadıqovun ölümünə səbəb olan şəxsi hansı cəza gözləyir?
- Torpaq sürüşməsi: yollarda çətinliklər yarandı
- "Aqroservis"in əməkdaşına hökm oxundu
- Mürsəl Əliyevə nazirlikdə yüksək vəzifə verildi