Nepalın Poxara hava limanında sərnişin təyyarəsi uçuş-enmə zolağında qəzaya uğrayıb. BUTA.TV xəbər verir ki, təyyarə “Yeti” Hava Yollarına məxsus olub.
Qeyd edilir ki, təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olub. İlkin məlumata görə, qəza nəticəsində 16 nəfər ölüb. Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
***
Qəza nəticəsində təyyarədə olan bütün heyət üzvləri və sərnişinlər ölüb.
Bu barədə Hindistanın "Nyus 18" telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
- Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Anbaan video
- Bakı bulvarı bu gün rəngarəng idi - Video+Fotolar
- Sadıqovun ölümünə səbəb olan şəxsi hansı cəza gözləyir?
- Torpaq sürüşməsi: yollarda çətinliklər yarandı
- "Aqroservis"in əməkdaşına hökm oxundu
- Mürsəl Əliyevə nazirlikdə yüksək vəzifə verildi