Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.
“1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar”, - dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün dünyanın üzləşdiyi əsas problemin legitim mənbəyi yoxdur, bunlar, sadəcə, baxışlar, ambisiyalar və virtual liderlik uğrunda mübarizə ilə bağlıdır
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!